- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Zədələr və itkilər səbəbindən ölkə kubokuna iddialı olmadığımızı öncədən bilirdik”.
Allsport.az xəbər verir ki, bunu basketbol üzrə Azərbaycan kubokunda “Neftçi”yə uduzan “Cəlilabad”ın baş məşqçisi Şəhriyar Əsgərov deyib.
Turnirdə keçirdiyi 4 oyunun 3-də uduzan komandanın çalışdırıcısı müdafiədə bəzi variantları sınaqdan keçirdiklərini bildirib: “Kubok matçları bizim üçün ölkə çempionatının oyunlarına hazırlıq və tramplin kimi idi. Xüsusilə də, müdafiədə oyunumuzu yaxşılaşdırmaq üçün bəzi dəyişikliklər və variantları yoxladıq. Düşündüyümüz bəzi planları reallaşdıra bildik. Müdafiəni gücləndirə bilmişik. Bugünki matçın ilk 3 periodunda buna az-çox nail ola bildik. Hətta hesabda önə də keçdik. Lakin oyunun sonlarında komandamın fiziki gücü çatmadı və məğlub olduq. Hazırda ən böyük çatışmazlığımız fiziki hazırlıqla bağlıdır. Artıq bunun üzərində işləməyə başlayacağıq. Matça təsir edən amillərdən biri də hakimlər oldu. Düzdür, onlar barəsində çox danışmaq istəmirəm, lakin Raşon Consonun atışı zamanı səhv qərar verdilər, ardınca isə ehtiyatda oturanlara texniki foul verildi. Məğlubiyyəti onların üzərinə yıxmaq istəmirəm. Ayın 16-ında “Sabah”ı Cəlilabadda qəbul edəcəyik. Azarkeşlərimizi həmin oyuna dəvət edirəm. Məhz onların dəstəyi sayəsində biz məqsədimizə çata bilərik və pley-offa düşə bilərik”.