- Baxış sayı: 9
- 30 Mart 2026 17:59
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

AFFA hakimlər komitəsinə yeni sədr təyin olunub. Allsport.az saytı xəbər verir ki, bu haqda icraiyyə komitəsinin iclasında qərar verilib. Türkiyəli Barış Şimşək 2 il müddətinə quruma sədr təyin olunub. 46 yaşlı mütəxəssis qardaş ölkənin FİFA referilərindən biri olub.
O, Avropa liqasının təsnifat mərhələlərində, UEFA gənclər liqasında, U-21-lər arasında Avropa çempionatının ümumilikdə 8 oyununda hakimlik edib. Türkiyə superliqasında isə 160 oyunda baş hakim kimi meydana çıxıb. Karyerası boyuncu 255 görüşdə ədaləti qoruyub.