- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Konfrans liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Hayduk” (Xorvatiya) oyununun biletləri satışa çıxarılır.
Allsport.az xəbər verir ki, biletlər bu gün saat 15:00-dan satışa çıxarılacaq.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.
Satış məntəqələri “Zirə” idman kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarıdır.
“Zirə” – “Hayduk”la oyunu iyulun 23-də keçiriləcək. “8-ci km stadionu”nda təşkil olunacaq görüş saat 19:30-da başlayacaq. Cavab oyunu iyulun 31-də səfərdə baş tutacaq.