- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Oyuna ciddi hazırlaşmışıq. Güclü təlim-məşq toplanışı keçmişik”. Allsport.az sayrı xəbər verir ki, bunu Norveç millisinin və İtaliyanın “Palermo” klubunun futbolçusu Haytam Əlisami Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
26 yaşlı cinah oyunçusu sabahkı oyunda qələbəyə ümidli olduqlarını açıqlayıb: “Kiçik zədəlilərin olmasına baxmayaraq, bütün futbolçular oyuna yüksək əhval-ruhiyyədə köklənib. Evdə oynadığımız üçün qələbəyə ümidliyik. İnanıram ki, bizdə hər hər şey alınacaq”.
Əlisami “Palermo”dakı karyerasının dumanlı olduğunu da dilə gətirib: “Hələ hər şey dumanlıdır. Karyerama aydınlıq gəlməyib. Ümidvaram ki, tezliklə bu məsələyə son qoyulacaq”.
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda keçiriləcək Norveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.