- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

İyunun 24-də “Bavariya” klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunun matçında “Benfika”ya uduzub – 0:1.
Allsport.az xəbər verir ki, nəticədə alman nəhəngi “C” qrupunda birinci yeri portuqallara verib.
Qarşılaşma Şarlottadakı “Bank of America” stadionunda 36 dərəcə istiyə şəraitdə keçirilib. Münhen klubunun 35 yaşlı yarımmüdafiəçisi Tomas Müller bildirib ki, hava şəraiti komandanın zəif çıxışına bəhanə ola bilməz: “Biz yaxşı formada olmalıyıq. Mənim kimi, demək olar ki, 36 yaşı olan oğlan 90 dəqiqə qaça bilirsə, o zaman hamı bunu etməlidir. Heç bir bəhanə ola bilməz”.