- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, Avstriyada toplanışının son günündə “Slaven” (1:0) və “Şəbəb Əl-Əhli”yə (5:2) qarşı yoxlama oyunlarından və ümumi hazırlıqdan söz açıb:
“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlığln sonluğu da yaxşı alındı. Bu matçlar da əvvəlki ikisi kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil.
İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Şəbəb Əl-Əhli”nin baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli məşqçi Avropa liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı.
Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.