- Baxış sayı: 29
- 17 Oktyabr 2024 23:55
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
“Atletiko” çempionlar liqasının qrup mərhələsində evdə keçirəcəyi oyunların biletlərini satışa çıxarıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” və “Roma” ilə qarşılaşmaları izləmək istəyən “hindu azarkeşləri” bu gündən bilet ala bilərlər.
Oktyabrın 31-də Azərbaycan təmsilçisi ilə 4-cü tur matçına gəlmək istəyənlər 10-150 avro arası xərcə düşməlidilər. Madridlilər noyabrın 22-də 5-ci turda “Roma”nı qəbul edəcəklər. Bu görüşün qiyməti 30 avrodan başlayır. İtaliyalılarla görüş üçün ən bahalı bilet isə 180 avro göstərilib.
“Vanda Metropolitano” stadionunda keçiriləcək hər 2 oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.