- Baxış sayı: 130
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0
Bu gün ANN TV-nin jurnalisti Rasim Əliyev dünyasını dəyişib. Allsport.az xəbər verir ki, o, ötən gün “Qəbələ”nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülmüş və ciddi bədən xəsarətləri almışdı.
Elə ötən gün 1 saylı şəhər kliniki xəstəxanasına (Semaşko) yerləşdirilən həmkarımızın qabırğalarının qırıldığı, bir qulağının eşitmədiyi bildirilirdi. Amma onun vəziyyətinin bu dərədəcə çox pis olduğuna dair hər hansısa ehtimal səsləndirilmirdi. Lakin çox təəssüf ki, bu gün səhər saatlarında o, dünyasını dəyişib. Artıq bunu ann.az saytına mərhumun bacısı Gülnarə Əliyeva da təsdiqləyib.
Allah rəhmət ələsin!