- Baxış sayı: 37
- 26 İyul 2024 11:02
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə dünya sıralamasının finalına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, həlledici mərhələdə millinin 3 üzvü fəxri kürsüyə qalxıb. İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) gümüş medal qazanıblar.
Dünya zolağının 5 raundunun cəmində toplanan xallara əsasən, ustalarda dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi qalib olub. Ramiz Həsənov (70 kq) və Ümid Kamaliağdam (80 kq) öz çəkilərində gümüş medal qazanıblar.