- Baxış sayı: 40
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 166
- Dekabr 19, 2025
- 0

Topaz Premyerliqasının VII turunda “Araz Naxçıvan”la görüşən “Bakı” klubu ilk qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilmiş matçda “zolaqlılar” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Bakı”nın baş məşqçisi İbrahim Uzunca bu qələbəni rəhbərliyinə həsr etdiklərini deyib:
“1 həftədir ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq. Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.