İçkili vəziyyətdə maşın sürdü, həbs olundu

İngiltərə yığmasının sabiq kapitanı Pol İns həbs olunub. 

Allsport.az xəbər verir ki, 57 yaşlı veteran futbolçu içkili halda avtomobil idarə edərək qəza törədib. 

Onun sürdüyü “Ranc Rover” yolayırıcı səddə çırpılıb. İnsə qarşı içkili halda maşın sürmə ittihamı irəli sürülüb. O, girov müqabilində azadlığa buraxılıb və iyulun 18-də məhkəmədə cavab verəcək.

İns İngiltərə millisində 53 oyunda iştirak edib və 2 qol vurub.

Həmin kateqoriyadan