- Baxış sayı: 27
- 23 Aprel 2025 12:22
- Baxış sayı: 81
- Aprel 23, 2025
- 0
Bu gün AFFA-nın icraiyyə komitəsinin videokonfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirələrdən sonra 4 qərar qəbul olunub:
1. Türkiyəli mütəxəssis Barış Şimşək 2 il müddətinə AFFA-nın hakimlər komitəsinin sədri vəzifəsinə təyin olunsun.
2. Samir Əliyev 1 seçmə mərhələ müddətinə U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun.
3. “Sabah”ın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə 1-ci divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın.
4. Region liqası komandalarının 1-ci divizionda çıxış edə bilməsi üçün, AFFA-nın baş katibliyi və PFL tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə 1-ci divizionda iştirakı təmin olunsun.