- Baxış sayı: 145
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 145
- Dekabr 05, 2025
- 0

Mayın 31-də saat 17:00-da “Dalğa arena”nın ərazisində yerləşən milli komandaların məşq mərkəzində AFFA-nın icraiyyə komitəsinin növbəti iclası keçiriləcək. Allsport.az saytı gündəliyə daxil olunan məsələləri diqqətinizə çatdırır:
1. AFFA-nın yoxlama və təftiş komitəsinin əsasnaməsinin müzakirəsi
2. AFFA-nın lisenziya komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan-Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə premyer liqasında çıxış etməsinin təsdiqi
3. 2022/2023-cü il mövsümündə premyer liqada legionçu həddinin və əvəzetmə sayının müzakirəsi
4. İntizam komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi
5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi
6. Digər məsələlər