- Baxış sayı: 63
- 23 İyul 2024 21:41
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Şahmat üzrə 2020-ci il İddiaçılar turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Allsport.az xəbər verir ki, bununla bağlı Moskvada FIDE və Rusiya şahmat federasiyası arasında saziş imzalanıb. Yarış 15 mart – 5 apreldə baş tutacaq.
İddiaçılar turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər – Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıb. Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.