- Baxış sayı: 20
- 05 Dekabr 2025 19:51
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

“Milan” və “Real Madrid” kimi komandalarda çıxış etmiş Rikardo Kakanın keçmiş həyat yoldaşı Karolina Seliko boşanmanın səbəbini açıqlayıb.
Allsport.az xəbər verir ki, o, braziliyalı ulduzun çox ideal biri olduğunu bildirib.
Onun sözlərinə görə, Kaka heç vaxt xəyanət etməyib, diqqətli olub və gözəl bir ailə başçısı olub.
Amma Karolina özünü xoşbəxt hiss etmədiyini və nəyinsə çatmadığını bildirib.
Kaka isə evliliyi qorumaq üçün çalışdığını, lakin həyat yoldaşının qərarına hörmət etdiyini deyib: “Əgər sən xristiansansa və münasibətləri qorumaq istəyirsənsə, amma həyat yoldaşın istəmirsə, o zaman “amin” deyib sakitcə ayrılmalısan”.
Boşandıqdan sonra Kaka model Karolina Diasla ailə qurub.
Onların iki qızı var: Ester (2020) və Sara Batista (2023).
