• Ça. İyl 5th, 2022

“İdman jurnalistikası” magistrantlarına “Rəqəmsal media bacarıqları”nı tədris etməyə başlayıb

Mar 9, 2022

“İdman jurnalistikası” magistr proqramının müəllimi, High Park Communications şirkətinin təsisçisi və direktoru Kolin Qibson “Rəqəmsal media bacarıqları” modulunu tədris etmək məqsədilə Bakıya səfər edib. Allsport.az saytı xəbər verir ki, o, “İdman jurnalistikası” magistr proqramının I tədris ilində təhsil alan tələbələrə Iiderlik bacarıqları, idman tədbirləri öncəsi planlama, idman vebsaytlarının düzgün reklamı, böyük həcmli hesabatların hazırlanması mövzularında dərslər keçir.

Tədrisin ilk günündə tələbələr milli olimpiya komitəsinin marketinq departamentinin rəhbəri Mehman Kərimovla görüşərək, Pekin qış olimpiya oyunları mövzusunda müsahibə alıblar. O, tələbələrin suallarını cavablandırıb və görüşdən məmnun qaldığını bildirərək belə bir modulun tədrisini yüksək qiymətləndirib. “Rəqəmsal media bacarıqları” modulunu tədris edən Kolin Qibsonun canlı dərsləri martın 8-dən 10-dək davam edəcək.

AllEscortAllEscort