- Baxış sayı: 61
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 148
- Dekabr 19, 2025
- 0


AFFA, Bakı olimpiya stadionu və media komitəsinin birgə təşkilatçılığı ilə idman jurnalistləri arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Təqvim ili münasibəti ilə futbol yarışı keçirilib.
Allsport.az saytı xəbər verir ki, ölkənin ən böyük qurğusunda baş tutan turnirdə İlqar Tağıyevin komandası 1-ci, Mahir Rüstəmlinin komandası 2-ci, Hacı Mərdanın komandası isə 3-cü yeri tutub.
Qaliblər kubok, medal və diplomlarla təltif edildilər. Elvin Rüstəmov (futbolplanet.az) turnirin bombardiri olub. Babək Cahandarov turnirin ən yaxşı futbolçusu seçilib. Onlara AFFA-nın hədiyyəsi təqdim edilib.