- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İdmançılar kəndində yaşayan əcnəbi olimpiyaşıların 2-sində koronavirusa ilk yoluxma halı qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, bu barədə Tokio-2020-nin təşkilat komitəsinin saytında hesabatda yazılıb.
Bundan əlavə, sənəddə, iyulun 18-də İdmançılar kəndində yaşamayan daha bir idmançıda, bir KİV nümayəndəsində, olimpiya obyektlərində işləyən bir fəhlədə və yarışlarla əlaqəli daha 5 nəfərdə yoluxma qeydə alındığı bildirilir. Bu şəxslər Yaponiya vətəndaşı deyillər.
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio olimpiadası koronavirus pandemiyasına görə 1 il müddətinə təxirə salınıb. Oyunlar iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Təşkilatçıların qəbul etdiyi qərara əsasən, əcnəbi tamaşaçılar və 6 prefekturanın sakinləri idman obyektlərinə buraxılmayacaqlar.
“Dördilliy”in başlamasına 3 gün qalmasına baxmayaraq, Yaponiyada koronavirusun yayılması ilə bağlı vəziyyət gərgin olaraq qalır. Tokioda gündəlik yoluxma sayı min nəfərdən çoxdur. Epidemioloji vəziyyət gərgin olduğuna görə, iyulun 12-də Tokioda fövqəladə vəziyyət rejimi elan edilib və onun iyulun 22-dək davam edəcəyi gözlənilir.
Azərbaycan Tokio-2020-yə 39 vəsiqə qazanıb və Yaponiyaya 44 idmançı iləı yollanıb.