- Baxış sayı: 24
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Bavariya” klubu hücumçusu Serj Qnabri ilə yeni sözləşmə imzalayıb.
Allsport.az xəbər verir ki, tərəflər arasında imzalanan yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
30 yaşlı almaniyalı futbolçu bildirib ki, “Bavariya”da özünü evindəki kimi hiss edir və karyerasının 10 ilini bu klubda keçirməkdən məmnundur.
Cari mövsümdə 26 matçda 7 qol və 8 məhsuldar ötürmə edən Qnabri, Vensan Kompaninin hücum xəttinin əsas simalarından birinə çevrilib.