Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 156
- 19 Dekabr 2025 22:43


İstanbulda güləş üzrə U-17 dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə “klassiklər”də daha 5 çəkidə qaliblər müəyyənləşib.
Turan Daşdəmirov (45 kq) yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Qədirbəy Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Final yolunda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. O, həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevi xalların keyfiyyətinə (4:4) görə üstələyib.
Roman Kərimov (60 kq) hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) məyus edib. Roman finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevə 9:5 qalib gəlib. Qızıl medal uğurunda tutaşmada gürcüstanlı Saba Surmanidzeni 4:3 yenib.