- Baxış sayı: 17
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqaviləni yeniləyib.
Allsport.az xəbər verir ki, ötən mövsümdən Gəncə təmsilçisində çıxış edən Məhəmməd Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.
Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.