- Baxış sayı: 47
- 12 Dekabr 2024 19:07
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, prezidentin sərəncama əsasən, gənclər və idman nazirliyinin Bakı şəhər gənclər və idman baş idarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı şəhər gənclər və idman idarəsi yaradılacaq. Eyni zamanda, nazirliyin tərkibində yeni regional idarələr yaradılır:
Sumqayıt şəhər gənclər və idman baş idarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında Abşeron−Xızı regional gənclər və idman İdarəsi;
Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon gənclər və idman idarələrinin əsasında Dağlıq Şirvan regional gənclər və idman İdarəsi;
Gəncə şəhər gənclər və idman baş idarəsi, Naftalan şəhər, Daşkəsən, Göygöl, Goranboy və Samux rayon gənclər və idman idarələrinin əsasında Gəncə−Daşkəsən regional gənclər və idman idarəsi;
Xankəndi şəhər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon gənclər və idman idarələrinin əsasında Qarabağ regional gənclər və idman İdarəsi;
Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayon gənclər və idman idarələrinin əsasında Qazax−Tovuz regional gənclər və idman idarəsi;
Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında Quba−Xaçmaz regional gənclər və idman idarəsi;
Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon gənclər və idman idarələrinin əsasında Lənkəran−Astara regional gənclər və idman idarəsi;
Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon gənclər və idman idarələrinin əsasında Mərkəzi Aran regional gənclər və idman idarəsi;
Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon gənclər və idman idarələrinin əsasında Mil−Muğan regional gənclər və idman idarəsi;
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon gənclər və idman idarələrinin əsasında Şəki−Zaqatala regional gənclər və idman idarəsi;
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon gənclər və idman idarələrinin əsasında Şərqi Zəngəzur regional gənclər və idman idarəsi;
Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon gənclər və idman idarələrinin əsasında Şirvan−Salyan regional gənclər və idman idarəsi.
Nazirlər kabinetinə gənclər və idman nazirliyinin Bakı şəhər gənclər və idman idarəsinin və regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Maliyyə nazirliyi gənclər və idman sahəsinin 2023-cü il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etməlidir.