- Baxış sayı: 54
- 17 İyul 2026 23:59
- Baxış sayı: 133
- Avqust 10, 2026
- 0

AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, Moldova – İsveç oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək. Sentyabrın 10-da Moldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.