- Baxış sayı: 51
- 25 Mart 2023 17:00
- Baxış sayı: 96
- Mart 26, 2023
- 0
Yunan-Roma güləşi üzrə millimizin Romada keçirilən Avropa çempionatında tarixi uğur qazanmasına ölkə rəhbərliyi yüksək qiymətləndirib.
Allsport.az xəbər verir ki, 2 qızıl, 4 bürünc medalla komanda hesabında Avropa 2-cisi olan yığmamızı prezident İlham Əliyev “twitter” səhifəsində təbrik edib:
“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.