İlin ən yaxşı gənc futbolçusuna namizədlər bilindi

“France Football” nəşri 21 yaşadək ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.

Allsport.az xəbər verir ki, “Kopa Trophy” mükafatına Pau Kubarsi, Lamin Yamal (hər ikisi “Barselona”), Əyyub Buaddi (“Lill”), Dezire Due, Joau Neveş (hər ikisi PSJ), Eştevao (“Çelsi”), Din Höysen (“Real Madrid”), Maylz Lüis Skelli (“Arsenal”), Rodriqo Mora (“Portu”) və Kənan Ulduz (“Yuventus”) iddia edəcək.

Ötən il mükafata Lamin Yamal sahib çıxıb.

Həmin kateqoriyadan