İlk gündə 3 000 bilet satılıb

Dünən saat 17:00-dan etibarən “Qarabağ”ın çempionlar liqasının qrup mərhələsində “Roma” klubu ilə ilk ev oyununun biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, ilk gündə təxminən 3000 tamaşaçı matça gəlmək istədiyini bildirib.

Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Xatırladaq ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
Məhəmməd Əmin Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Həmin kateqoriyadan