- Baxış sayı: 124
- 15 Dekabr 2025 16:26
- Baxış sayı: 141
- Dekabr 19, 2025
- 0


Şahmat üzrə tarixi Azərbaycan çempionatında qadınlar arasında qalib adını Günay Məmmədzadə qazandı. Allsport.az saytı xəbər verir ki, o, finalda Gövhər Beydullayevanı tay-brekdə üstələdi. Titullu idmançı bağlanış mərasimində təəssüratını mətbuatla bölüşdü:
“Yarış çox maraqlı keçdi. Olimpiya sistemi ilə oynayırdıq. Burada uduzan rəqabəti tərk edirdi. Millinin üzvləri və digərləri özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Mənə görə çətin yarış oldu. Hər görüş bir-birindən maraqlı idi. Özəlliklə, tay-brekdə. Şadam ki, sonda çempionluğu bayram etdim.
Sözsüz ki, asan heç nə olmur. İllər boyu birgə çalışdığın komanda yoldaşlarınla üz-üzə gəlmək ayrı hisdir. Amma bu oyundur, biz peşəkarıq, hər kəs burada özü üçün çıxış edirdi. Mən də qalib olacağıma inanırdım”.