“İnanırdım ki, bu olimpiya ələməsində vəsiqə qazanacağam”

Bu gün İstanbulda yerləşən Başağşəhər idman zalında dünya olimpiya təsnifatı başladı. Yarışın ilk günündə meydan yunan-Roma güləşçilərinə verildi.

Yarımfinala qədər inamla irəliləyən Murad Məmmədov (60 kq) bu mərhələdə rumıniyalı rəqibini 8:2 yenərək, Paris-2024-ə vəsiqə qazandı. O, mükafatlandırmadan sonra sevincini allsport.az saytı ilə bölüşdü:

“Bu yarışa yaxşı hazırlanmışdım. Qubada təlim-məşqdə var qüvvəmi ortaya qoymuşdum. İnanırdım ki, bu olimpiya ələməsində vəsiqə qazanacağam.

Əsas rəqiblərin dünya çempionatında və Avropa təsnifatında lisenziyaya yiyələnmişdi. Bu sınaqdan gürcüstanlı rəqibimə xüsusi köklənmişdim. Amma rumın güləşçi də zəif deyildi.

İndi rahat Paris yay olimpiya oyunlarına hazırlaşa bilərəm. Orada da medallar uğrunda mübarizə aparacağam”.

Həmin kateqoriyadan