İngiltərədə mövsümün ən yaxşıları seçildi

İngiltərə futbol liqası (EFL) çempionşip, birinci və ikinci liqalarda mövsümün ən yaxşı baş məşqçisini açıqlayıb.

Allsport.az xəbər verir ki, ikinci dərəcəli divizionda “Börnli”nin çalışdırıcısı Skott Parker hamını qabaqlayıb. O, komandası ilə çempionşipin qalibi olaraq premyer liqaya birbaşa vəsiqəni təmin edib.

Birinci liqanın ən yaxşısı “Birmingem Siti”dən Kris Devis, ikinci də isə Qrem Aleksandr (“Brədford Siti”) olub.

Həmin kateqoriyadan