- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

“Transfermarkt” portalı 2024/2025-ci il mövsümünün sonunda İngiltərə premyer liqasının ən bahalı futbolçularının reytinqini təqdim edib.
Allsport.az xəbər verir ki, “Nyukasl”ın hücumçusu Aleksandr İsak bazar dəyərinə 20 milyon avro əlavə edib və hazırda 120 milyon avrodur. Bu yay “Real Madrid”ə keçəcək “Bornmut”un mərkəz müdafiəçisi Din Huysenin qiyməti 60 milyon avro (əvvəllər 42 milyon avro), “Arsenal”ın yarımmüdafiəçisi Mayls Lyuis-Skelli isə 45 milyon avro (əvvəllər 28 milyon avro) dəyərində qiymətləndirilir.
“Liverpul” 2024/2025 mövsümünün sonunda İngiltərə premyer liqasının qalibi olub. “Arsenal” ikinci, “Mançester Siti” isə ilk üçlüyü tamamlayıb.