- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə onlayn formatda bir neçə görüş təşkil edilib. Allsport.az saytı xəbər verir ki, görüşlərdə AFFA, həmçinin strategiya əməkdaşı “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələri iştirak ediblər. Söhbət zamanı aşağıdakı məsələlər müzakirə olunub:
– Strategiyanın yazılması məqsədilə müxtəlif sahələrdə cari vəziyyətin müzakirəsi və təhlil üçün tələb olunan məlumatların toplanması;
– Növbəti həftələrdə hər iki şirkətin nümayəndələri ilə Bakıda planlaşdırılan görüşlərin tarixləri, müzakirə ediləcək məsələlər və növbəti addımlar müəyyən edilməsi;
Strategiyanın yazılmasında AFFA-nın üzvü olan qurumlardan, müxtəlif liqalarda yarışan peşəkar futbol klublarından, partnyor və sponsorlardan, media nümayəndələrindən, həmçinin futbol ictimaiyyətindən rəylərin alınması ilə bağlı qərar qəbul olunub. Toplanan məlumatlar növbəti mərhələlərdə AFFA və əməkdaşlıq etdiyi şirkətlər tərəfindən analiz ediləcək.