- Baxış sayı: 72
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“İnter”də vəziyyət get-gedə pisləşir. Allsport.az “Rekord”a istinadla xəbər verir ki, “Neftçi” ilə bugünkü kubok matçına kimi futbolçulara mart ayının maaşının veriləcəyi deyilsə də bu, baş verməyib.
Dünən məlum olub ki, pul olmayacaq. Bu isə futbolçular arasında böyük narazılıqla qarşılanıb. Dərd orasındadır ki, futbolçuların problemini həll edəcək şəxs də tapılmır. Baş məşqçi Kaxaber Sxadadze deyir ki, “mən də sizin kimi, 2 aydır maaş almıram”.
Klub prezidenti Georgi Nikolov isə çarəsizdir. Çünki onu bura dəvət edən Cahangir Hacıyev artıq Beynəlxalq Bankdan ayrılıb. Bolqarıstanlı prezidentin isə bankın yeni rəhbərliyi ilə tanışlığı, münasibəti yoxdur. Bir sözlə, hazırda klubda əsl anarxiya hökm sürür. Bu durumda “İnter”in “Neftçi” səddini keçəcəyi inandırıcı görünmür.