- Baxış sayı: 39
- 28 Aprel 2026 20:20
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

“Kəpəz”in baş məşqçisi Azər Bağırov ölkə kubokunun 1/4 finalında “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis bunu deyib:
“Azarkeşlərimizə təşəkkür edirəm ki, uduzsaq belə sonadək bizə dəstək oldular. Oyuna gəlincə. Standart vəziyyətdən iki qol buraxdıq. Bu bizi məyus edir. Qabaqda “Turan Tovuz”la çempionat matçımız var. O qarşılaşmada çalışacağıq ki, azarkeşlərimiz önündə ən yaxşı oyunumuzu göstərək. Bundan sonra irəliyə baxıb, çempionatda daha yuxarı pillələrə qalxmağa çalışacağıq”.