- Baxış sayı: 10
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0

“İnter”in yarımmüdafiəçisi Nikola Zalevski karyerasını “Atalanta”da davam etdirə bilər.
Allsport.az xəbər verir ki, Berqamo klubu 23 yaşlı futbolçu üçün 16 milyon avro təklif edib. Danışıqlar davam edir.
“İnter” bu futbolçunun hüquqlarını bir müddət əvvəl “Roma”dan alıb.
Zalevski milanlıların heyətində bütün turnirlərdə 17 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.