“İnter”in kapitanı yenidən zədələndi

“İnter”in kapitanı və hücumçusu Lautaro Martinezin sol baldır əzələsində gərilmə olduğu açıqlanıb. Allsport.az saytı xəbər verir ki, oyunçunun sağalma müddəti bilinmir.

Argentinalı bu mövsüm klubda 36 oyun keçirib və 20 qol vurub. Lautaro fevralın ortalarında ÇL-in pley-offunun ilk oyununda (1-3) “Bodo-Glimt” komandasına qarşı aldığı zədədən bu yaxınlarda sağalıb.

Həmin kateqoriyadan