- Baxış sayı: 35
- 12 Mart 2026 22:49
- Baxış sayı: 443
- Mart 12, 2026
- 0

AFFA-nın apelyasiya arbitraj tribunalının iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda “Lion” klubunun şikayətinə baxılıb. Müraciət qismən təmin edilib.
U-15 Liqasının “Səbail” – “Lion” oyunundan sonra qonaqların azarkeşləri hakimlər təhqir edib, onlara hədə-qorxu gəlib. AFFA-nın intizam komitəsi klubun 3 ev oyununu azarkeşsiz keçirməsinə qərar verib.
Apelyasiya arbitraj tribunalı bu cəzanı ləğv edib. İş yenidən baxılması üçün AFFA-nın intizam komitəsinə göndərilib.
Apelyasiya şikayətinin qalan hissədə baxılmamış saxlanılıb.