İnzagidən “Mançester Yunayted”ə imtina

“Mançester Yunayted” Ruben Amorimin yanvarın 5-də baş tutan istefasından sonra vakant qalan baş məşqçi postu üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıran Simone İnzagi ilə əlaqə saxlayıb.

Allsport.az xəbər verir ki, klub rəhbərliyi italiyalı mütəxəssisin vəziyyətini araşdırsa da, İnzagi hazırkı işini tərk etmək istəməyib və Səudiyyədə qalmağa qərar verib.

Hazırda premyer liqada 20 oyundan sonra 31 xalla 6-cı pillədə qərarlaşan “qırmızı şeytanlar”ın siyahısında digər namizədlər hələ də qalmaqdadır. Simone İnzagi ötən ilin yayından bəri “Əl-Hilal”da uğurlu fəaliyyətini davam etdirir və rəhbərliklə olan uzunmüddətli layihəsinə sadiqdir.

Həmin kateqoriyadan