Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 125
- 19 Dekabr 2025 22:43


Sabah İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə start veriləcək. Allsport.az xəbər verir ki, iki gün davam edəcək yarış 20 yaş qrupu üzrə keçiriləcək.
Turnirdə ölkəmizi böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi – Vasif Bağırov, Sədrəddin Həsənov, Hüseyn Hüseynov (hamısı – 57 kq), Zamin Məmmədov (61 kq), Hacı Kərimov, Elcan İsmayılzadə, Sübhan Səfərli (65 kq), İsmayıl Rəhimli, Adəm Bağırov, Nurlan Ağazadə, Sadiq Hüseynov (70 kq), Ömər Gülməmmədov (74 kq), Muradxan Ömərov (79 kq), Məhəmməd Abbaszadə, Təbriz Bayramov, Vasif Xudiyev (86 kq), Anar Cəfərli, Şəmistan Axundov (hər ikisi – 92 kq), Yusif Dursunov və Məhəmməd Qandəmirov (125 kq) təmsil edəcək.