- Baxış sayı: 34
- 25 Dekabr 2024 21:53
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
İlk dəfə çıxış etdiyi Avropa oyunlarında ölkəmizə gümüş medal qazandıran İslam Abbasov (87 kq) çıxışından razıdır. Allsport.az saytı xəbər verir ki,
yunan-Roma güləşçimiz təəssüratını bu gecə Heydər Əliyev adına hava limanında KİV nümayəndələri ilə belə bölüşüb:
“Çempion olmağı çox istəyirdim. Təəssüf ki, alınmadı. Çalışacağam ki, səhvimi Qazaxıstanda keçiriləcək dünya çempionatında düzəldim və qızıl medal qazanım. Çatışmazlıq parterdə oldu. Bir az boşluğa yol verdim. Bunun üzərində daha çox işləyəcəyəm. Həmçinin ayaq üstə fəndlərimi təkmilləşdirməyə çalışacağam.
Nəticədə bir səhv belə buraxmadan rəqiblərə qalib gələcəyimə ümid edirəm. Finalda Jan Belenyuka uduzmağım psixoloji amillərlə bağlı deyildi. Ona qalib gəlməyə tam hazır idim. Ancaq az öncə də qeyd etdiyim kimi parterdə zəif çıxış etdim. O məni parterdə üstələdi. Ancaq dözümlülük və fiziki hazırlıq baxımından onu üstələdiyimi düşünürəm”.