- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turniri keçirilib.
Allsport.az xəbər verir ki, ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında yığmamızın bir neçə üzvü də iştirak edib. Onlardan üçü fəxri kürsüyə qalxıb.
İslam Bazarqanov (57 kq) gümüş, Teymur Gülməhəmmədov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıb.