İsmayılova hakimlərin işini qiymətləndirəcək

Avropa voleybol konfederasiyası Azərbaycan voleybol federasiyasının regional voleybol inkişaf mərkəzinin rəhbəri, Avropa voleybol konfederasiyasının (CEV) Avrokuboklar komissiyasının üzvü Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib.

Allsport.az xəbər verir ki, o, Ukraynanın Zaparojye şəhərində qadın voleybolçular arasında “SK PROMETEY”(Ukrayna) – “Kamnik” (Sloveniya) klublarının ilk qarşılaşmalarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Çempionlar liqasının 2-ci raundunun görüşü oktyabrın 7-də “YUNOST” idman salonunda baş tutacaq.
Görüşün hakimləri bolqarıstanlı Konstantin Yovçev və finlandiyalı Ari Jokelainendir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish