- Baxış sayı: 31
- 08 Yanvar 2026 21:39
- Baxış sayı: 15
- Yanvar 05, 2026
- 0

Venesuelanın devrilmiş lideri Nikolas Maduronun saxlanılarkən geyindiyi boz rəngli “Nike” idman kostyumu sosial şəbəkələrdə gözlənilməz populyarlıq qazanıb.
Allsport.az xəbər verir ki, Maduronun fotosundan bir neçə gün sonra İspaniyanın “Malyorka” klubu “Jirona” ilə oyuna məhz eyni geyimdə gəlib.
Klub rəhbərliyi bunun tamamilə təsadüfi olduğunu və həmin kostyumun bir neçə mövsümdür komandanın rəsmi dəstinə daxil edildiyini bildirib.
Mağazalarda bu modelin satışı kəskin artıb, internetdə isə rəngin adı zarafatla “Maduro bozu” (Maduro Gray) adlandırılmağa başlanıb.

