İspaniya klubunda yeni baş məşqçi

“Alaves” klubu baş məşqçisi Eduardo Koudet ilə yolunu ayırıb.

Allsport.az xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Komandanın yeni baş məşqçisi Kike Sançes Flores olub. “Valensiya”, “Atletiko Madrid” və “Xetafe” kimi klublardakı fəaliyyəti ilə tanınan 61 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. Floresin son iş yeri 2024-cü ildə tərk etdiyi “Sevilya” olub.

Hazırda la liqada 26 turdan sonra 27 xalla 16-cı pillədə qərarlaşan “Alaves” son 5 oyunda cəmi 2 xal toplaya bilib.

Həmin kateqoriyadan