- Baxış sayı: 24
- 22 Mart 2026 10:40
- Baxış sayı: 230
- Mart 19, 2026
- 0

Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Ponferradina” ilə qarşılaşıb. Matç “Eybar”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxmış İsrafilov matçın 55-ci dəqiqəsində, hesab 0:3 olarkən əvəzlənib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü dekabrın 15-də “Eybar”ın meydanında keçiriləcək.