- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
İspaniyanın “Eybar” klubu 75 illik yubileyi münasibətilə yoldaşlıq görüşü keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşıb.
Matç yubilyarın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddi də bu görüşün iştirakçısı olub. O, matçın start heyətində meydana çıxıb və yeni komandasında ilk görüşünü keçirib.
Sonda onu da qeyd edək ki, “Seltik” Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibidir. Hazırda ÇL-in ikinci təsnifat mərhələsində Çernoqoriya “Rudar”ı ilə mübarizə aparan Ağdam klubu bu rəqibini mübarizədən kənarlaşdıra bilsə (ilk oyun 0:0), növbəti mərhələdə məhz Şotlandiya nəhəngi ilə mübarizə aparacaq.