- Baxış sayı: 24
- 22 Mart 2026 10:40
- Baxış sayı: 230
- Mart 19, 2026
- 0

İspaniya La Liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti, eyni zamanda ilin son matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Sportinq”lə qarşılaşıb. Futbolçumuzun klubu bu görüşdə 2:0 hesablı qələbəyə sevinib. İsrafilovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Eybar” hazırda 24 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.