- Baxış sayı: 34
- 17 Dekabr 2025 18:56
- Baxış sayı: 15
- Dekabr 17, 2025
- 0

“Ayaks” “Zalsburq”un yarımmüdafiəçisi Oskar Qluxu transfer edib.
Allsport.az xəbər verir ki, Amsterdam təmsilçisi 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
“Ayaks” qarşı tərəfə 14,75 milyon avro ödəməyə razılaşıb. Gələcəkdə bonuslar hesabına bu məbləğ 17,25 milyona qədər arta bilər.
İsrail millisinin üzvü “Ayaks”da 10 nömrə altında çıxış edəcək. Oskar “Zalsburq”un heyətində 101 oyun keçirib, 23 qol vurub və 29 məhsuldar ötürmə edib.