- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İsveçrə mətbuatı “Sürix”in çempionlar liqasının 2-ci təsnifatında “Qarabağ”la dünən keçirilən oyunda 1-ci qolu qaydalar çərçivəsində vurmadığını yazıb. Allsport.az saytı xəbər verir ki, nau.ch nəşrində dərc olunan yazıda, “Sürix”in 1-ci qolu vuran futbolçusu Lindrit Kamberinin ötürmə anında ofsaydda olması aşkar göründüyü qeyd olunub:
“Adrian Gerrero cərimə zərbəsini yerinə yetirərkən Lindrit Kamberi açıq-aşkar ofsayd vəziyyətində idi. Bunu epizodun təkrarına baxdıqda görmək olur. Kamberi “Qarabağ”ın müdafiəçisindən bir addım irəlidədir. Yan xətt hakimi isə 22 yaşlı müdafiəçini gözdən qaçırır.
Hər 2 qolda baş hakimin “Sürix”ə aktiv köməyi oldu. Xoşbəxtlikdən çempionlar liqasının təsnifat mərhələlərində VAR sistemi tətbiq olunmur. Ona görə də Sürixdəki cavab görüşü növbəti mərhələyə yüksəlmək baxımından həlledici ola bilər”.
Xatırladaq ki, “Qarabağ” Tofiq Bəhramov adına respublika stadionunda 3:2 qalib gəlib. Komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə olacaq.