İsveçrə və Kosovo ilə oyunlara hazırlıq

Basketbol millimiz 12 fevraldan İstanbulda dünya kubokunun (Qətər-2027) ön təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan toplanışa start verib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Tahir Baxşıyevin təlimatları ilə, seçməmiz gündə 2 dəfə olmaqla – həm fiziki, həm də taktiki çalışmaları davam etdirir.

Ayın 21-inədək davam edəcək təlim-məşqdə Amil Həmzəyev, Orxan Aydın, Zaur Paşayev, Endər Poladxanlı, Nəzər Quliyev, Əkbər Məmmədov, Kamran Məmmədov, Ulaş Turgut, Cəbrayıl Əkbərov, Elşad Şirzadov, Şirzad Şirzadov, Fikrət Ələkbərov, Rəşid Abbasov, Səid İsmayılov, Sədrəddin və Ərcan Donat qardaşları qatılıblar.

Millimizin digər 2 üzvü Zek Ledey və Donta Hol komandaya İsveçrədə qoşulacaqlar. Prosesinin yekununda məşqçilər tərəfindən 12 basketboluçu əsas heyətə cəlb olunacaqlar.

Seçməmiz ilk ön təsnifat görüşünü 22 fevralda səfərdə İsveçrə yığmasına qarşı, 2-ci oyununu isə 25 fevraldq Bakıda Kosovoya qarşı keçirəcək.

Həmin kateqoriyadan