- Baxış sayı: 60
- 25 Mart 2023 21:20
- Baxış sayı: 62
- Mart 25, 2023
- 0
Həftəsonu “AHF arena”da həndbolçu kişilərin yüksək dəstəsinin 13-cü və 14-cü turlarında “İdman Akademiyası” hər 2 görüşdə son ölkə çempionu “Bakı”ya qalib gələrək (36:31, 39:25), qızıl medallara iddiasını davam etdirmiş olub. “Tələbələr”in gənc aparıcı yarımorta oyunçusu Emil Sərxanov (şəkildə “7” nömrə) sevincini allsport.az saytı ilə bölüşüb:
“Düşünürəm ki, məşqçimizin bu matçla bağlı fikri mənimkindən daha peşəkar olacaq. Vidadi Əliyevin rəhbərliyi ilə keçirilən hazırlığın sayəsində bu qələbələri qazanırıq. Rəqibə bu maraqlı oyuna görə təşəkkür edirəm. Fikrimcə, oyun bizim üçün çox gözəl keçdi və sonda istəyimizə nail olduq. Növbəti oyunlar U-16 komandasıyladır. İtkisiz irəliləməkdə davam edəcəyik”.